Okt 14, 2017 10:52 Asia/Baku
  • Donald Trampın anti-İran çıxışına Avropadan gələn reaksiyalar
    Donald Trampın anti-İran çıxışına Avropadan gələn reaksiyalar

Britaniya, Fransa, Almaniya, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi və Rusiya mediaları ABŞ prezidentinin İran və nüvə anlaşması ilə bağlı çıxışına sürətlə reaksiya veriblər.

İRNA-nın məlumatına görə, Britaniya, Fransa və Almaniya cümə günü axşam müştərək bir bəyanat yayaraq, nüvə anlaşmasına sadiq qaldıqlarını elan edib və bütün tərəflərin bu anlaşma qarşısındakı öhdəliklərinə əməl etməli olduqlarını vurğulayıblar. Bu bəyanatda nüvə anlaşmasının həmin ölkələrin milli maraqlarına uyğun olduğuna da təkid edilib. 

Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emanuel Makron və Almaniya kansleri Angela Merkel ABŞ prezidentinin İran əleyhinə çıxışından bir saat sonra müştərək bir bəyanat yayaraq, nüvə anlaşmasına dəstək veriblər. 

Bu bəyanatda deyilir: Nüvə anlaşması 13 illik diplomatik səylərin zirvə nöqtəsi və dünya sülhünün zaminidir. 

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də Trampın nüvə anlaşması ilə bağlı sözlərinə reaksiya olaraq deyib: Nüvə anlaşması ikitərəfli və ya hansısa ölkəyə məxsus olan bir anlaşma deyil. Heç bir ölkə bu anlaşmanı sonlandıra bilməz. 

Teqlər