Avropa liderləri öz öhdəliklərini vurğuladılar
Avropa Birliyinə üzv 28 ölkənin rəhbəri ABŞ prezidenti Donald Trampın əksinə olaraq İranla nüvə anlaşmasına dəstəklərini elan edirlər.
Associated Pressin məlumatına görə, Avropa Birliyinin sözçüsü Preben Aaman cümə axşamı günü Twitter səhifəsində yazıb: Avropa Birliyi rəhbərləri cümə axşamı günü Brüsseldə Avropa Şurasının iclasında razılığa gəliblər ki, Əhatəli Müştərək Təşəbbüs Proqramına birgə öhdəliklərini əks etdirsinlər.
Aaman bu twit-də yazb ki, İranla əlaqədar maddələr rəhbərlərin iclasının yekun bəyanatında dəyişilmədən təsdiqləndi. Bu bəyanatda bildirilib: Avropa Şurası İranla nüvə anlaşmasına tam öhdəliyini bir daha vurğulayır və 16 oktyabr tarixli xarici işlər nazirlərinin şurasının bəyanatını dəstəkləyir.
Tramp ötən cümə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşmasına sadiq qalmasına dair 8 dəfə elan etməsinə rəğmən Vaşinqtonun Tehran qarşısındakı yeni strategiyasını elan etməklə İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiqləməyib və beynəlxalq ictimaiyyət, xüsusilə də Avropanın səylərinə rəğmən onu təsdiqləməkdən çəkinib.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini cümə axşamı günü Avropa Şurasının Brüsseldəki iclasından öncə jurnalistlərə verdiyi müsahibədə bildirmişdi ki, nüvə anlaşması Avropa Birliyi və region üçün əsaslı təhlükəsizlik mənfəətidir və bütün tərəflərin onun tam icrasına sadiq qalmasını istəyirik.