Okt 27, 2017 12:38 Asia/Baku
  • N.Şərifin həbs edilməsi barədə hökm verilib
    N.Şərifin həbs edilməsi barədə hökm verilib

Pakistanda bir məhkəmə bu ölkənin kənarlaşdırılmış baş nazirinin maliyyə pozuntusu günahı ilə həbs edilməsi barədə hökm çıxarıb.

Məhkəmə hakimi Muhəmməd Bəşir dünən Pakistanın kənarlaşdırılmış baş naziri Nəvaz Şərifin həbs olunması barədə hökmü elə bir halda veribdir ki, o, hazırda Ərəbistandadır.

Bu hökmə əsasən, Nəvaz Şərif Pakistana geri dönən kimi bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunacaq.

Belə bir halda, Pakistanın kənarlaşdırılmış baş naziri indiyədək bu ölkənin bir neçə məhkəmə iclasında iştirakdan çəkinib və qərar üzrə onun növbəti məhkəmə iclası noyabrın üçündə keçirilməlidir.

Pakistan Ali Məhkəməsi 2017-ci ilin iyulunda Məhəmməd Nəvaz Şərifi maliyyə pozuntusu günahı ilə baş nazirlik vəzifəsindən kənarlaşdırdı və onun üçün təqib qərarı çıxardı.

Teqlər