Okt 28, 2017 19:07 Asia/Baku
  • AB-nin xarici əlaqələr şurası ƏMTP-ni mühafizəyə çağırıb
    AB-nin xarici əlaqələr şurası ƏMTP-ni mühafizəyə çağırıb

Avropa Birliyi Xarici Əlaqələr Şurası (ECFR) bu birliyi İranla 5+1 qrupu arasında imzalanmış nüvə sazişini daha ciddi şəkildə qoruyub-saxlamağa çağırıb.

İRNA-nın verdiyi məlumata görə, ECFR bu gün bir hesabat yayaraq İranla 5+1 qrupu arasında imzalanmış nüvə sazişinin əngəllənməsinin mənfi nəticələri barədə xəbərdarlıq edərək bildirib ki, Avropa Birliyi və Avropa ölkələri nüvə sazişinin mühafizə edilməsi istiqamətində səylərini gücləndirməlidirlər. 

AB-nin məsləətçi qurumu olan bu şuranın son hesabatında ABŞ prezidenti Donald Trampın Əhatəli Müştərək Təşəbbüs Proqramına qarşı sərt bəyanatlarının Orta şərqdə sabitliyin daha da pozulmasına gətirib çıxaracağı, regional məsələlərin həllində İran ilə diplomatik səylərin məhdudlaşacağına dair xəbərdarlıq edilib. 

Şura bildirib: Tramp dünya balansı barədə döyüşlərə başlayıb , Paris iqlim müqaviləsindən çıxmaq, Ümumdünya ticarət təşkilatında münaqişələrin həlli qaydalarına hücum və İranla nüvə sazişinə qarşı mövqeləri bu qəbildəndir. 

Şura Avropa üçün ən yaxşı yolun ƏMTP-nı qorumaq və İranla yeni əlaqələri idarə etmək olduğunu vurğulayıb. 

Teqlər