Noy 21, 2017 10:19 Asia/Baku
  • Moskva terrorçuların Suriyada Rusiya səfirliyinə qarşı hücumunu kəskin formada qınayıb
    Moskva terrorçuların Suriyada Rusiya səfirliyinə qarşı hücumunu kəskin formada qınayıb

Rusiya hökuməti bazar ertəsi günü axşam bir bəyanat yayaraq, terrorçuların bu ölkənin Dəməşqdəki səfirliyinə qarşı hücumunu qınayıb və bu hərəkətin terrorçularla mübarizədəki əzmkarlığın daha da artmasına səbəb olacağını bildirib.

Rusiyanın Dəməşqdəki səfirliyinin binası bazar ertəsi günü terrorçular tərəfindən minaatanlarla hədəfə alınıb. Bu hücum səfirlik binasının su və elektrik şəbəkəsinə zərər və ziyanlar yetirib. Həmçinin, səfirlik binasının divarlarına ziyan vurub. 

Bu hücumda xəsarət alan olmayıb. 

Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir: Ümidvarıq Təhlükəsizlik Şurasının üzvləri Dəməşqdə Rusiya səfirliyinə edilən hücum qarşısında sükut etməyəcək və məsələyə münasibət bildirəcəklər. 

Ötən 2 ildə Rusiyanın Dəməşqdəki səfirliyi bir neçə dəfə terrorçuların hücumuna məruz qalıb. Amma, Qərb dövlətləri və Təhlükəsizlik Şurasının üzvləri bu hücumları qınamaqdan çəkiniblər. 

Teqlər