Avropa Şurasının sədri Rusiyanı Ukraynaya təcavüz etməkdə ittihamlandırıb
Avropa Şurasının sədri Brüsselin Krim yarımadası barədəki mövqeyini təkrarlayaraq Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edib və onu pisləyib.
FransPress-in verdiyi məlumata görə, AŞ sədri Donald Tosk düən Brüsseldə keçirilən 5-ci şərt tərəfdaşlığı sammitində etdiyi çıxışında deyib: Avropa Birliyi Krım yarımadasının Rusiyaya ilhaq edilməsini rəsmən tanımayacaq.
Tosk Avropa Birliyi ilə Rusiya ilə həmsərhəd ölkələr arasında şərq tərəfdaşlığı proqramı çərçivəsində inkişaf etməkdə olan münasibətlərə toxunaraq Brüsselin şərq tərəfdaşlıq proqramında məqsədinin Rusiyaya qarşı geopolitik rəqabət olmadığı, əslində müstəqil ölkələr arasında həqiqi rəqabət şəraitinin yaradılması olduğunu deyib. O bildirib ki, bu əməkdaşlıqda heç cür təhdid, siyasi, iqtisadi və hərbi cəhətdən məcburiyyət yoxdur.