Noy 25, 2017 14:30 Asia/Baku
  • İslamabad aksiyasında 1 nəfər ölüb 100 nəfər yaralanıb
    İslamabad aksiyasında 1 nəfər ölüb 100 nəfər yaralanıb

Pakistanın təhlükəsizlik qüvvələri İslamabadın Feyzabad rayonunda əziz islam peyğəmbərinə(s.ə) adniçmə qanununun ləğv edilməsinə qarşı etiraz olaraq oturaq aksiya keçirənlərə qarşı əməliyyatda 1 nəfəri öldürüblər 100 nəfəri yaralayıblar.

Səhərordu telekanalının verdiyi məlumata görə, bu gün səhər çağı hökumətin etirazçılara verdiyi möhlət bitdikdən sonra İslamabadda təhlükəsizlik qüvvələrinin aksiyaçılara hücumu qarşılıqlı toqquşmalara səbəb olub.

Toqquşmalar nəticəsində Pakistanın təhlükəsizlik qüvvələrindən 56 nəfər aksiyaçılardan isə 44 nəfər yaralanıb. 

Bu əməliyyatda təhlükəsizlik qüvvələri indiyədək 300 aksiyaçını da həbs ediblər. 

İslamabad, Ravelpendi və Lahurda məktəblər bağlanıb. 

Pakistanın " Ləbbeyk ya rəsulullah" hərəkatı kimi dini qrupları əziz islam peyğəmbərinə(s.ə) andiçmə qanununun Milli Məclis namizədləri və deputatlarının qeydə alınması sənədindən silinməsinə etiraz edirlər. 

Teqlər