Çin mobil telefonlardan casusluq edə bilər
Noy 28, 2017 19:41 Asia/Baku
Hindistan öz təhlükəsizlik qüvvələrinə Çində istehsal olunmuş proqramlardan istifadə barədə xəbərdarlıq edib.
İRNA-nın verdiyi məlumata görə, Hindistanın hərbi kəşfiyyat təşkilatı bu gün bildirib ki, Çin istehsal etdiyi mobil telefonlar və onun proqramları vasitəsi ilə Hindistan rəsmiləri və təhülkəsizlik qüvvələrinə qarşı casusluq edə bilər.
Bu təşkilatın bildirdiyinə görə, sözü gedən proqramlar istifadəçinin xəbəri olmadan həssas informasiyaları köçürür və bu da Hinditan təhlükəsizliyi üçün təhdid ola bilər.
Hindistanın informasiya texnologiyaları üzrə ekspertlər bildirirlər ki, Hindistan öz kibernetik təhlükəsizliyini təmin etmək üçün özəl və dövlət sektorlarında 4 milyard dollarlıq investisiya qoymalıdır.