Avropada Trampın qərarına reaksiyalar davam edir
ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq rəsmən tanımasına reaksiyaların davamında Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru bir daha bu qərarı tənqid edib.
CNN xəbər televiziyasının məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini deyib: Tramın bu qərarı Yaxın Şərqdə "sülh" vasitəçiliyi mövqeyində Vaşinqtonun imicini tam məchul vəziyyətlə üzləşdirdi.
Almaniya kansleri Angella Merkel də Qüdsün statusunun müzakirələrin yenidən başlanması ilə araşdırılmasını istəyib.
Norveç baş naziri Erna Solberq də Qüds haqda Trampın qərarından nigaranlıq edib: Bu qərar bütün tərəfləri müzakirə masasından uzaqlaşdırır.
Belarus Xarici İşlər Nazirliyi də bir bəyanatda bildirib: Bu ölkənin öz səfirliyini Tələvivdən Qüdsə köçürmək üçün heç bir proqramı yoxdur.
Həmçinin Polşa Xarici İşlər Nazirliyi bir bəyanatda öz səfirliyini Tələvivdən işğal olunmuş Qüdsə köçürməyə dair ABŞ hökumətinin qərarını saziş müzakirələri prosesinə zidd adlandırıb və əlavə edib: Polşa Fələstində qarşıdurmalara son qoymaq üçün siyasi həl yolunun tapılması üzrə səyləri dəstəkləyir.
Fransanın sabiq prezidenti Fransua Olland da Trampın bu qərarını nigaranedici və Yaxın Şərqdə destabillik amili adlandırıb.
ABŞ prezidenti Donald Tramp çərşənbə gecə regional və beynəlxalq reaksiya və xəbərdarlıqlara rəğmən Qüdsü saxta İsrail rejiminin paytaxtı olaraq elan edib.
Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq elan etməsi ilə bağlı birtərəfli və özbaşına qərarı islam və ərəb dünyası, Avropa və hətta ABŞ_da etirazlar və reaksiyalara səbəb olub.