Nüvə Anlaşması Komissiyasının 10-cu iclası; bu gün Vyanada
İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasının icra prosesinə nəzarət edən müştərək komissiyanın 10-cu iclası bu gün Vyanada keçiriləcək.
Nüvə anlaşmasının icrasına nəzarət üzrə birgə komissiyanın 10-cu iclasına İran xarici işlər nazirinin müavini Abbas İraqçı və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsinin müavini Helqa Şmitd başçılıq edəcək. İclasda nüvə anlaşmasını imzalayan tərəflərin İran, Amerika, Rusiya, Fransa, İngiltərə, Çin və Almaniyanın nümayəndə heyətləri iştirak edəcək. İclas Vyanada, Koburq otelində baş tutacaq.
Abbas İraqçı bazar ertəsi günü jurnalistlər qarşısında verdiyi açıqlamada Vyana iclasında müzakirə ediləcək əsas məsələlərin İranın öhdəlikləri və nüvə məsələləri olduğunu bildirib. Onun dediyinə görə, iclasda iki tərəf arasındakı əməkdaşlıqlar habelə, sanksiyaların ləğv edilməsi yolunda duran maneələr də araşdırılacaq.
Nüvə anlaşmasının icrasına nəzarət komissiyasının iclasları hər 3 ayda bir xarici işlər nazirləri müavinləri səviyyəsində təşkil edilir.
Nüvə anlaşmasının icrasına nəzarət komissiyasının 9-cu iclası 19 sentyabrda BMT-nin baş qərargahında keçirilmişdi.
İran və 5+1 qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarından icra edilir. ABŞ hökuməti davamlı olaraq, öz öhdəliklərinə əməl etməkdən yayınaraq, anlaşmanı pozmağa çalışır.