Hollandiyanın ən mühüm beynəlxalq hava limanında atışma
Hollandiya polisi paytaxt Amsterdamdakı Sexiphol beynəlxalq hava limanında atışmadan xəbər verib.
Hollandiyanın polis qüvvələri dünən Sexiphol beynəlxalq hava limanında soyuq silahla silahlanmış bir şəxsə atəş açaraq, onu yaralayıb, sonra isə həbs ediblər.
Bu həbs olunmuş şəxs təhdid edərək bildirmişdi ki, bıçaqla camaata hücum edəcək.
Bu atışmanın ardınca hava limanının bəzi hissələri boşaldılıbdır.
Sonda vəziyyət nəzarətə alınıb və ondan sonra bu hava limanı bir daha öz fəaliyyətinə başlayıbdır.
Sexiphol aeroportu Avropanın ən izdihamlı və Hollandiyanın ən mühüm beynəlxalq hava limanlarından biridir.
Son aylarda bıçaq və soyuq silahla hücumlar Avropada terror qruplarının əməliyyat metoduna çevrilibdir.
Yaxın Şərq regionunda, xüsusən Suriyada yerləşən terrorçulara köməyin çatdırılmasında əllərindən gələni əsirgəməyən Avropa ölkələri hazırda İŞİD terrorçularının avropalı üzvlərinin geri dönmələri və terror hücumları həyata keçirmələri ilə üzləşiblər.