Dek 18, 2017 17:54 Asia/Baku

Terrorçuların Pakistanın Bəluçestan əyalətində yeləşən Kvetta şəhərinin Zərğun küçəsindəki kilsəyə qarşı qanlı hücumunun ardınca bu əyalətdə üç gün ümumi matəm elan olunub.

Terrorçuların dünən Pakistanın Bəluçestan əyalətinin mərkəzində yeləşən Zərğun küçəsindəki kilsəyə qarşı hücumunda doqquz nəfər ölüb, 51 nəfər də yaralanıbdır.

Bu partlayış hücumunda iki terrorçu öldürülüb, digər iki terrorçu isə aradan çıxıbdır.

Həmin hücumdan sonra Pakistanın bütün kilsələrində güclü təhlükəsizlik tədbirləri görülüb və bu ölkənin xristian icması bu əyalətdə üç gün ümumi matəm elan edib.

Təkfirçi İŞİD qrupu bu hücumun məsuliyyətini üzərinə götürüb.

Pakistandakı bəzi partiyalar, o sıradan Müsəlman Birliyi Məclisi, Təhriki İnsaf Partiyası, Xalq Partiyası və İslami Camaat Partiyası ölənlərin və yaralananların ailələrinin kədərinə şərik çıxaraq, Pakistan dövlətindən terrorizmlə mübarizədə ciddi olmasını istəyiblər.

Bu hücum elə bir halda həyata keçirilibdir ki, Pakistan ordusunun quru qoşunlarının komandanı Qəmər Cavid Bacva bu ölkənin Bəluçestan əyalətinə olmuş son səfərində bildiribdir ki, həmin əyalətdə terrorizmlə şiddətlə rəftar edəcəkdir.

Teqlər