Dek 19, 2017 20:50 Asia/Baku
  • ABŞ TŞ-də Qüdslə bağlı qətnaməni veto etdi
    ABŞ TŞ-də Qüdslə bağlı qətnaməni veto etdi

ABŞ-ın BMT TŞ-də Qüdslə bağlı qətnaməni veto etməsi Birləşmiş Ştatlara qarşı yeni etiraz dalğasına səbəb olub

Fələstin BMT Baş Assambleyasının təcili olaraq fövqəladə iclas keçirməsini istəyib. Bu istək ABŞ-ın Təhlükəsizlik Şurasında Qüdslə bağlı qətnaməni veto etməsinin ardınca irəli sürülüb. Bu qətnamədə bütün ölkələrdən Qüdsdə siyasi nümayəndəlik və səfirlik yaratmaqdan çəkinmələri istənilirdi. ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli bu qətnaməni veto edərək, deyib: Qüds sionistlərin əbədi paytaxtıdır və ABŞ istədiyi yerdə səfirlik açacaq. Sionist rejimin baş naziri Benyamin Netanyahu isə Heyli və ABŞ-a təşəkkür edib.

 

Bir səsin hökmü, 14 səsin hökmündən daha üstündür. Təhlükəsizlik Şurasında veto haqqının ədalətsiz olduğu bir daha özünü sübut etdi. Qüds şəhərində səfirliyin təsis edilməsini qadağan edən qətnamə layihəsini dəstəkləmək üçün qaldırılan 14 əli Heyli tək əli ilə geri itələdi.

 

Təhlükəsizlik Şurasının iclasına sədrlik edən Yaponiyanın BMT-dəki nümayəndəsi deyir: “14 lehinə səs müqabilində, 1 əleyhinə səs. Qətnamə layihəsi Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin mənfi rəyinə görə veto edilir.”

 

 BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvləri olan Amerika, Rusiya, Çin, Britaniya və Fransa veto haqqına malik olaraq, beynəlxalq yekdilliyi poza bilərlər. ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli Qüdslə bağlı qətnamə layihəsini veto etməsinin ardınca, Trampın qərarına qarşı gələn fələstinlilərə xəbərdarlıq edib və ölkəsinin Qüdsü İsrailin əbədi paytaxtı hesab etdiyini deyib: “Yerusəlim min illər yəhudilərin mənəvi, mədəni və siyasi paytaxtı olub. Onların başqa paytaxtı olmayıb. Amma, bu gün Yerusəlimin ABŞ tərəfindən İsrailin paytaxtı olaraq tanıması bəzilərinin xoşuna gəlmir. Amerika harda səfirlik açacağı barədə qərar qəbul etmək haqqına malikdir.”

 

Heylinin sionistləri bu şəkildə müdafiə etməsi İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən alqışlanıb. Bu arada ABŞ Konqresinin 70 üzvü qətnamə layihəsinin müəllifi olaraq Misirə təzyiqlərin göstərilməsini istəyib. ABŞ-ın sionistləri tam aşkar formada dəstəklədiyini tam çılpaqlığı ilə nümayiş etdirməsinin ardınca, Fələstin Özünüidarə  Hökumətinin başçısı Mahmud Abbas ABŞ-ı sülhün dostu hesab etməyi dəlilik adlandırıb: “Qənaətimə görə siz də fələstinlilərin artıq ABŞ-ı bir vasitəçi olaraq görmədikləri ilə razısınız. Bu tam bir dəlilik olardı.”

 

Siyasi olayların kənarında işğal edilmiş ərazilərdə qarşıdurmalar, dünya səviyyəsində isə etirazlar davam edir. İşğal olunmuş Fələstin əraziləri hələ də Trampın Qüdslə bağlı qərarına qarşı geniş etirazların şahididir. Digər ölkələrdə də işğalçılıq ilə müxalif olanlar küçələrə axışaraq, Qüds və Əl-Əqsa  məscidinə azadlıq şüarı verirlər.  

 

Teqlər