ABŞ minlərlə İŞİD-çini Avropaya nəql edib
https://azeri.sahartv.ir/news/dünya-i290423-abŞ_minlərlə_İŞİd_çini_avropaya_nəql_edib
ABŞ-da çıxan qəzet yazıb: Birləşmiş Ştatlar və suriyalı müxaliflər minlərlə İŞİD-çini Suriyadan Avropaya göndəriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2017 10:12 Asia/Baku
  • ABŞ minlərlə İŞİD-çini Avropaya nəql edib

ABŞ-da çıxan qəzet yazıb: Birləşmiş Ştatlar və suriyalı müxaliflər minlərlə İŞİD-çini Suriyadan Avropaya göndəriblər.

İRNA-nın məlumatına görə, Business İnsider qəzeti bir məqalədə yazıb: İŞİD İraq və Suriyada məğlub olduqdan sonra, minlərlə terrorçu ABŞ və müxalif qüvvələr arasındakı razılaşmaya əsasən, pul ödəmək və rüşvət vermək qarşılığında Türkiyə vasitəsi ilə Avropaya qaçırılıb. 

İŞİD terror qruplaşması son illərdə ABŞ və onun qərbli və ərəb müttəfiqləri, o cümlədən Səudiyyə Ərəbistanının maliyyə və hərbi dəstəkləri ilə region ölkələri, əsasən də İraq və Suriyada çoxlu cinayətlər törətmişdir.