İki Koreya arasında ilk əlaqə quruldu
Şimali Koreya liderinin açıqlamasından sonra iki Koreya arasında ilk telefon əlaqəsi qurulub.
Şimali Koreya lideri 2018-ci yeni il münasibəti ilə çıxışında iki Koreya arasında danışıqlar yolunun açıq olmasından söz açdı.
Şimali Koreya lideri Kim Çen İn deyib:İki ölkə arasında ikitərəfli danışıqların bərpa olunmasına, Cənubi Koreyada qış olimpiya oyunlarına karvanın göndərilməsinə hazırıq.
İndi Kim Çen İn göstəriş verib ki, iki ölkə arasında sərhəd telefon əlaqəsi bərpa olunsun.
Şimali Koreya televiziyasının diktoru deyib: Uzun müddətə bağlı olan sərhəd telefon əlaqəsi iki ölkə rəsmiləri arasında danışıqlar məqsədilə yenidən bərpa olunacaq.
Şimali Koreyanın bu addımı cənub qonşuları rəsmiləri tərəfindən müsbət qarşılanıb.
Cənubi Koreya Prezident Aparatının sözçüsü Park Su Hiun deyib: İki Koreya arasında birbaşa sərhəd telefon əlaqəsinin yenidən bərpa olunması diqqəti cəlb edəcək hadisədir və iki ölkənin birliyi ilə nəticələnəcək.
Digər tərəfdən Çin iki Koreyanın yüksək səviyyəli rəsmiləri arasında müsbət danışıqlar mübadiləsini müsbət qarşıladığını və dəstəklədiyini elan edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qonq Şuanq deyib: Çin əlaqələrin normallaşdırılması, vəziyyəti stabilləşdirmək və regionda gərginliyi azaltmaq üzrə iki Koreyanın səylərini alqışlayır və müsbət qarşılayır.
İki Koreyanın danışıqları və iki qonşu arasında əlaqə yolunun açılması bu nüansı əks etdirir ki, ABŞ-ın Koreya yarımadasında müdaxilələri və təhrikedici hərəkətləri olmazsa, bu ölkələrin bir-birləri ilə sıx münasibətləri olacaqdır. Birləşmiş Ştatların düşmənçilik hərəkətləri və militarizmi region ölkələri arasında gərginliklərə səbəb olur.
Atom silahlarının atılması üzrə düymənin masası üzərində olmasına dair Kim Çen İnin açıqlama verib.
Şimali Koreyanın lideri Kim Çen İn deyib: Atom silahı raketlərinin düyməsi mənim masamın üzərindədir. Bu təhdid deyil, bir reallıqdır.
ABŞ prezidenti uşaq kimi haray-həşir qopararaq bir Twit-də yazıb: ABŞ-ın nüvə düyməsi Şimali Koreyanın nüvə düyməsindən çox böyük və güclüdür.
ABŞ prezidenti Donald Tramp Twitterdə yazıb: Kim Çen İn atom düyməsinin iş masası üzərində olduğunu elan etdi. Biri ona desin ki, mənim də masamda onun nüvə düyməsindən böyük və güclü düyməm vardır və mənim düyməm işləyir.
Trampın Kim Çen İnin açıqlamasına qarşı qalmaqallı reaksiyası Vaşinqtonla Pxenyan arasında gərginlikləri şiddətləndirib. Bu elə bir haldadır ki, Şimali Koreya lideri çıxışında ölkəsinin nüvələşmiş ölkəyə çevrilməsi prosesinin sona çatdığını və ABŞ-ın bütün ərazisi Şimali Koreyanın atom silahlarının hədəfində olduğunu deyib.
Kim Çen İn həmçinin ölkəsinin kütləvi şəkildə nüvə başlıqları və ballistik raketlər istehsal etmək niyyətində olduğunu bildirib.