Yan 08, 2018 10:24 Asia/Baku
  • Məhəmməd adı Avropanın qərbində ən çox sevilən adlar sırasında durur
    Məhəmməd adı Avropanın qərbində ən çox sevilən adlar sırasında durur

Məhəmməd adı Avstriyada 3-cü, Britaniya və Uelsdə isə 10 ən çox sevilən adlar siyahısında yer arlır.

2017-ci il üçün rəsmi statistik məlumatların araşdırılması göstərir ki, Avstriyada həmin ildə doğulan oğlan uşaqlarına seçilən adlar arasında Məhəmməd adı üçüncü yerdə durur. 

Birinci və ikinci yerlər isə Aleksandr və Maksimilan adlarına aiddir. Avstriyada çıxan Kronin Zitunq qəzeti bu xəbəri bildirərək yazıb: Avstriyada doğulan uşaqlar arasında Məhəmməd adının çoxluq təşkil etməsi bu ölkədə mədəni dəyişikliyin göstəricisidir. 

Qız uşaqları üçün isə Sofiya, Sara və Anna adları 1-3-cü yerləri tutur. 

Britaniyada və Uelsdə də Məhəmməd adı ən çox sevilən adlar siyahısında ilk onluqda durur. 

Britaniya Milli Statistika İdarəsinin verdiyi məlumata görə, Məhəmməd adı artıq Uilyam, Ceyms, Danial və bu ölkənin digər tarixi adlarını üstələyib. 

Teqlər