Çexiyada hökumət istefa verib
Çexiyada hökumət parlamentin etimad səsini qazana milmədiyi üçün istefa verib.
AP-nin verdiyi məlumata görə, Çexiyanın azlıq hökumətinin baş naziri Andrey Babis dünən hökumətinin istefa ərizəsini prezident Miluş Zemana təqdim edib.
Babisin partiyası ötən milad ili oktyabrda parlamentin aşağı palatasında 200 yer qazana bildi amma heç bir partiya onunla koalissiya yaratmağa hazır olmadı və Babisin azlıqda olan kabineti parlamentin etimad səsini qazana bilmədi.
Zeman baş nazirin istefasını qəbul edərək onu yeni hökumət yaratmaq üçün yenidən səy göstərməyə çağırıb.
Çexiya konstitusiyasına görə bu ölkə prezidenti baş nazirə hökuməti təşkil etmək üçün iki fürsət verə bilər.
Hal-hazırda koalisiya hökuməti yaratmaq ümidi ilə Babis 8 partiya ilə müzakirələrə başlayıb.
Çexiya parlamenti isə dünən Babisin millət vəkili kimi toxunulmazlığını ləğv edib və polisə onun 2007-ci ildə fırıldaqçılıq ittihamına baxılması üçün araşdırma aparmaq icazəsi verib.