Yan 29, 2018 16:24 Asia/Baku
  • ABŞ-ın Hondurasın yeni prezidentinə dəstək verməsinə etiraz edilib
    ABŞ-ın Hondurasın yeni prezidentinə dəstək verməsinə etiraz edilib

Honduras prezident seçkilərinin nəticələrinə qarşı çıxanlar ABŞ-ın Hondurasın yeni prezidentinə dəstək verməsinə etiraz ediblər.

Hondurasdakı müxtəlif dini qrupların nümayəndələri bazar günü gecə ABŞ səfirliyinə tərəf yürüş keçiriblər ki, Amerika prezidenti Donald Trampın Xuan Orlando Hernandesə dəstək verməsinə etiraz etsinlər.

Bəzilərinin əllərində şam, bəzilərinin də əllərində xaç olan etirazçılar ölkədə sülh üçün dua ediblər. Hernandes prezidentliyin yeni dövrü üçün şənbə günü Hondurasın paytaxtında and içib, belə bir halda, seçkilərin nəticələrinə etiraz edənlər və polis qüvvələri bu şəhərdə toqquşublar. Etirazçılar seçkilərin nəticəsindən hiddətlənib və bu qənaətdədirlər ki, seçkilərdə saxtakarlıq edilibdir. İnsan haqları üzrə milli komissiyanın məlumatına görə, seçkilərdən sonra bu Latın Amerikası ölkəsində yaranmış siyasi böhran azı otuz bir nəfərin ölümü ilə nəticələnib. Müxalif liderlər isə bu rəqəmi qırx bir nəfər elan ediblər.

Teqlər