Trampın gömrük rüsumlarının artırılması barədəki qərarı barədə nigarançılıq
Çin, Kanada, Braziliya, Avropa və Asiya ölkələri, həmçinin Avstraliya Trampın gömrük rüsumlarının artırılması barədəki qərarı barədə xəbərdarlıq ediblər.
Çin xarici işlər nazirliyi ABŞ-ın bu ölkədən idxal olunan alüminium və polada gömrük rüsumları tətbiq etməsinə reaksiyada xəbərdarlıq edib ki, ölkələrin Amerikanın ticarət meyarını davam etdirmələri beynəlxalq ticarətə zərbə vuracaq.
Çin dünən Pekinə qarşı təzyiqin artırılması vacibliyinə təkid olunmuş Amerikanın yeni ticarət siyasəti hesabatından son dərəcə nigarançılıq edibdir.
Almaniya da Amerikada polad idxalı üçün gömrük rüsumlarının artırılmasını pisləyib və Avropa Birliyinin Trampın gömrük rüsumları barədəki qərarına qətiyyətli reaksiya verməsini istəyibdir.
Donald Tramp bildirib ki, Amerika bir neçə on il ədalətsiz ticarət sayəsində məhv olmuş öz polad sənayesini müdafiə etmək məqsədilə gələn həftədən polad idxalı üçün 25, alüminium idxalı üçün isə on faizlik rüsum tətbiq edəcəkdir.
Avropa Komissiyasının sədri Jan Klod Yunker bildirib ki, həmişə Amerika və Avropanın maraqlarını barışdırmaq olmaz. Əgər Amerika Avropadan polad və alüminium idxalı barədə rüsum tətbiq etmək üzrə proqramlarını həyata keçirərsə, Avropa Birliyinin elə həmin formada bu proqramlara reaksiya verməkdən savayı çarəsi qalmayacaqdır.