Gürcüstanın baş naziri Ermənistana səfər edib
Gürcüstanın baş naziri ölkəsi ilə Ermənistan arasında əməkdaşlıqlaırn genişləndirilməsinin vacibliyini vurğulayıb.
Georgi Kourikaşvili erməni həmkarı ilə görüşündə Ermənistanla əməkdaşlıqların genişləndirilməsinin Gürcüstan üçün prioritet təşkil etdiyini bildirib və münasibətlərin gücləndirilməsi üçün mövcud potensiallardan istifadə edilməsini vurğulayıb.
Gürcüstan baş naziri həmçinin iki ölkə arasında ticarət mübadilələrinin 33 faizlik artımına toxunaraq deyib: Mövcud potensialları nəzərə alaraq Gürcüstan və Ermənistan iqtisadi əməkdaşlıqlarını daha da genişləndirə bilərlər.
Görüşdə Ermənistan baş naziri Karen Kropetian Gürcüstanla Ermənistan arasındakı tarixi əlaqələrə toxunaraq , bunun müxtəlif sahələrdə əməkdaşlıqların günişləndirilməsi üçün təməl olduğunu bildirib.