Mart 17, 2018 19:03 Asia/Baku
  • Slovakiyada növbədənkənar seçkilərin keçirilməsi üçün aksiya
    Slovakiyada növbədənkənar seçkilərin keçirilməsi üçün aksiya

Slovakiya vətəndaşları aksiya keçirərək növbədənkənar seçkilərin keçirilməsini istəyib.

Döyçe Vole informasiya portalının məlumatına görə, Slovakiya vətəndaşları cümə günü paytaxt Bratislava və bir neçə digər şəhərdə aksiyalar təşkil edərək hökumətin işini davam etdirməsinə narazılığını bildirib və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. 

Slovakiya baş naziri Robert Fikonun istefası da jurnalist Yan Kuçiakın öldürülməsi ilə yaranan böhranı aradan qaldıra bilməyib. 

Bu jurnalistin öldürülməsi Slovakiyada korrupsiya və mediaların azadlığı ilə əlaqədar məsələləri daha da gündəmə gətirib. 

Slovakiya vətəndaşı 27 yaşlı jurnalist Yan Kuçiak ölkənin yüksək səviyyəli rəsmilərinin korrupsiyası və onların İtaliya mafiyası ilə əməkdaşlığı haqda araşdırma aparmaqda və hesabat yayımlamaqda idi. 

Kuçiak və nişanlısı 25 fevralda odlu silahla qətlə yetirilib. 

Teqlər