Çində korrupsiya ilə mübarizə şiddətlənəcək
Çin prezidentinin ən mühüm proqramlarından olan bu ölkədə korrupsiya ilə mübarizə onun yeni prezidentlik dövründə daha da şiddətlənəcək.
Korrupsiya fenomenini Çin kommunist partiyası üçün ən böyük hədə adlandırmış Si Tsinpin ötən beş ildə hakim partiyanın müxtəlif qatlarında korrupsiyaya qarşı amansız mübarizə aparıbdır.
Bəzi məlumatlara görə, bu, hakim partiyanın azı bir milyon üzvünün cəzalandırılması ilə nəticələnibdir. Amma Si Tsinpin-in öz vəfizəsini davam etdirməsilə ehtimal olunur ki, Çinin digər dövlət orqanlarında daha milyonlarla nəfərin fəaliyyəti zərrəbin altına alınacaqdır. Bu şəxslərə həkimlər, müəllimlər, dövlət şirkətlərinin üzvləri və başçıları daxildirlər.
Bir növ özünü Çin kommunist partiyasının tarixində ölməz etmiş Si Tsinpin korrupsiya ilə mübarizə ilə mübarizənin gücləndirilməsini öz prioritetlərindən adlandırıbdır. Onun nöqteyi-nəzərincə, Çin kommunist partiyasını hədələyən ən böyük xətər korrupsiyadır. Bu üzdən, o, söz veribdir ki, bu fenomenin kökünü kəsmək üçün əzmkarlıq göstərəcək, korrupsiya amilləri ilə rəftarda "sıfır tolerantlıq" siyasətini kənara qoymayacaq, korrupsiyada şübhəli bilinən bütün hallar barədə təhqiqat aparacaq, korrupsiya amillərini aşkar edərək, cəzalandıracaq və heç bir korrupsiya amilinə özünü hakim partiyanın kölgəsində gizlətmək icazəsi verməyəcəkdir.
Si Tsinpin-in istiqamətləndirdiyi anti-korrupsiya kampaniyası indiyədək Çin kommunist partiyasının bir milyondan çox üzvünün mühakimə edilməsi və cəzalandırılması ilə nəticələnibdir.
Bəziləri bu qənaətdədirlər ki, Si Tsinpin-in Çində başlatdığı geniş anti-korrupsiya kampaniyası hakimiyyətin əlində bir vasitədir ki, ondan istifadə ilə daxili sıralardakı narazı ünsürləri aradan götürmüş olsun.