Rus diplomatlar Avropa ölkələrindən çıxarılıb
14 Avropa ölkəsi bu ölkələrdə olan rus diplomatların bir hissəsinin ölkədən çıxmasını istəyib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya diplomatlarının Qərb ölkələrindən çıxarılması prosesinin davamında Almaniya, Fransa, Polşa və Avropa Birliyinə üzv olan daha bir neçə ölkə Rusiya diplomatlarının bu ölkə ərazilərini tərk etməli olduqlarını bildiriblər.
Ukrayna, Danimarka və Çex Respublikası da Rusiya diplomatlarını qovan ölkələrə qoşulublar. Ukrayan 13, Çex Respublikası 3, Danimarka 2, Latviya 2, Litva isə bir rus diplomatın ölkədən çıxarılmasına hazırlaşır.
Estoniya da Rusiyanın bu ölkədəki hərbi attaşesini ölkədən çıxardıb. Hollandiya isə 2 rus diplomatı geri qaytarıb.
Britaniya hökuməti də keçmiş casus Sergey Skripalın zəhərlənməsi hadisəsində Rusiyanı ittiham edərək, 23 rus diplomatı ölkədən qovub.
Amerika da Rusiya səfirliyinin 48 diplomatının habelə, bu ölkənin BMT-dəki 12 diplomatının qarşıdan gələn 7 gün ərzində Birləşmiş Ştatları tərk etməsini istəyib.
Rusiya diplomatlarının Qərb ölkələrindən çıxarılması tendensiyası Moskva və London arasında artan gərginlik fonunda baş verir.
Britaniya və Rusiya əlaqələrindəki gərginlik keçmiş rus casus Sergey Skripal və qızının Britaniyanın Salzberi şəhərində zəhərlənməsi hadisəsindən sonra xeyli artıb.