Apr 23, 2018 15:53 Asia/Baku
  • Nikaraquada qarşıdurmalarda həlak olanların sayı artıb
    Nikaraquada qarşıdurmalarda həlak olanların sayı artıb

Nikaraquada aksiyalar və qarşıdurmalardan dörd günün keçməsinə rəğmən, həlak olan və yaralananların sayı artıb.

The Guardian qəzetinin yazdığına görə, Nikaraquada son dörd gün ərzində ictimai təminat sistemində islahatların aparılmasına etiraz edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmada 25 nəfər ölüb, 67 nəfər yaralanıb. 

İnsan haqları qruplarının bildirdiyinə görə, qarşıdurmalarda həlak olanlar arsında bir polis məmuru və bir jurnalist vardır. 

Məlumatlara görə, Nikaraqua polis məmurları aksiyanı dağıtmaq üçün rezin güllələrdən istifadə edib və onları döyüblər. 

Qeyd edək ki, Nikaraquada 18 apreldən aksiyalar başlanıb. Bir qrup təqaüdçü paytaxt küçələrinə axışıb. Növbəti günlərdə isə minlərlə tələbə və fəhlə onlara qoşulub. 

Teqlər