Avropada mətbuata analoqu olmayan məhdudiyyət
Sərhədsiz Reportyorlar Təşkilatı bir hesabat yayımlayaraq Avropada mətbuat və mediaya analoqu olmayan güclü məhdudiyyətin tətbiq olunduğunu bildirib.
Zud-Döyçe Tsaytunq qəzeti yazıb: Sərhədsiz Reportyorlar Təşkilatının yeni hesabatı göstərir ki, 2017-ci ildə dünyanın heç bir yeri Avropa qədər mətbuatın azadlığına məhdudiyyətin qoyulduğunu təcrübə etməyib.
Bu hesabatda bildirilir: Polşa, Çexiya, Slovakiya, Macarıstanda mətbuat və medialar hökumət tərəfindən güclü şəkildə məhdudlaşıdırılıblar. Halbuki bu hesabatda Almaniya mətbuat azadlığına malik ölkələrin siyahısında öz vəziyyətini yaxşılaşdıraraq 15-ci yerdə qərarlaşıb.
18-ci yerdə qərarlaşmış Malta bu hesabatda 65-ci yerə enib.
Mətbuat və mediaların azadlığı haqda Sərhədsiz Reportyorlar Təşkilatının illik hesabatında mediaların sayı və müstəqilliyi, medianın mühiti, onların senzuraları, qanunvericilik şəraiti, peşəkar iş infrastrukturları kimi meyarlar nəzərdə tutulur.
Qeyd olunan meyarlarla dünyanın 180 ölkəsi Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən araşdırılır.