Hakim partiya baş nazir vəzifəsinə namizədi elan etmədi
Ermənistan parlament sədrinin müavini deyib: Hakim partiya parlamentə baş nazir vəzifəsi üçün namizəd təklif etməmək qərarına gəlib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan parlament sədrinin müavini və hakim Respublikaçılar partiyasının sözçüsü Eduard Şarmazanov bildirib: Hakim partiya müvəqqəti baş nazir Karen Karapetyan, sabiq prezident və istefa vermiş baş nazir Serj Sarkisyanla məsləhətləşmələrdən sonra parlamentə baş nazir vəzifəsi üçün namizəd təklif etməmək qərarına gəlib.
Şarmazanov əlavə edib: Məqsəd Ermənistanda qarşıdurmalar və destabilliyin baş verməsi ehtimalının qarşısını almaq, eləcə də bu ölkə dövlətinin mövqeyini gücləndirməkdir.
Halbuki bundan öncə Ermənistan parlament sədrinin müavini bildirmişdi ki, hakim partiya bazar ertəsi gününə qədər öz namizədini elan edəcək.
Baş nazirin istefasına rəğmən, Ermənistan müxalifətinin lideri və Vətəndaş Sazişi partiyasının sədri Nikol Paşinyan ötən gün tərəfdarlarını bazar günündən aksiyaları davam etdirməyə çağırıb.
Sarkisyanın müxalifləri onu iqtidarda qalmaq üçün Konstitusiyaya düzəliş etməkdə suçlayırlar.