Ermənistan parlamenti Paşinyanın baş nazirliyinə qarşı çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i305366-ermənistan_parlamenti_paşinyanın_baş_nazirliyinə_qarşı_çıxıb
Ermənistan müxalifətinin lideri bu ölkə parlamentində müvəqqəti baş nazir kimi seçilməyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 02, 2018 04:07 Asia/Baku
  • Ermənistan parlamenti Paşinyanın baş nazirliyinə qarşı çıxıb

Ermənistan müxalifətinin lideri bu ölkə parlamentində müvəqqəti baş nazir kimi seçilməyib.

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan dünən axşam iddia edib ki, hakim partiya bu ölkə xalqına qarşı müharibə elan edib və daha fəaliyyət göstərməməlidir.

Paşinyan deyib: Hakim partiyanın ona səs verməmək üzrə qərarı xalqa qarşı təhqirdir. 

Ermənistan müxalifətinin lideri tərəfdarlarını parlamentin ətrafında aksiya keçirməyə çağırıb.

Ermənistan müxalifətinin lideri bildirib ki, çərşənbə günü üçün bu ölkədə ümumi tətil planlaşdırılıb.

Paşinyan habelə aksiyaçıları hakim partiyanın siyasətinə etiraz olaraq, əsas yolları, metro stansiyalarını və aeroportu bağlamağa çağırıb.