Etirazçılar İrəvan küçələrini bağlayıblar
Etirazçılar və Ermənistan müxalifətinin lideri, bu ölkənin baş nazirliyinə namizəd Nikol Paşinyanın himayədarları İrəvan şəhərinin küçələrini bağlayıblar.
Paşinyanın tərəfdarları İrəvan şəhərinin küçələrini bağlayaraq, avtomobillərə gediş-gəliş icazəsi vermirlər.
İrəvan şəhəri metrosu və avtobuslarının fəaliyyəti dayanıb, İrəvan beynəlxalq hava limanına çıxan prospekt də bağlanıbdır.
Ermənistandakı bəzi şəhərlərarası şose yolları da Paşinyanın himayədarları tərəfindən bağlanıbdır.
İrəvanda və Ermənistanın digər şəhərlərində ümumi tətil və etirazlar Paşinyanın istəyilə bu gün səhər tezdən başlanıb.
Bu etirazlar dünən gecə Ermənistan baş nazirliyinə namizəd Nikol Paşinyanın bu ölkə parlamentində deputatların əksəriyyət səsini qazana bilməməsindən sonra baş veribdir.
Qərar üzrə gələn həftə Ermənistan parlamenti baş nazirin seçilməsi üçün digər bir səsvermə keçirməlidir.
Ermənistanda böhran bu ölkənin sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsindən sonra başlandı, amma sonra Serj Sarkisyan hakimiyyətdən uzaqlaşmaqla razılaşdı.