Müxalifət lideri Ermənistanın baş naziri oldu
May 08, 2018 10:36 Asia/Baku
-
Müxalifət lideri Ermənistanın baş naziri oldu
Ermənistan dövlətinin müxalifət lideri bu gün palamentdə 59 lehinə və 42 əleyhinə səslə bu ölkənin baş naziri seçilib.
İRNA-nın verdiyi məlumata görə, Nikol Paşiniyan bu gün parlamentdə səsvermədən öncə son bir ay ərzində ölkədə baş verənləri " məhəbbət inqilabı" adlandırıb və deputatların əksəriyyətinin səsini qazandıqdan sonra ölkənin infrasturukturlarının inkişafı istiqamətində səy göstərəcəyini deyib.
Ötən həftə Ermənistan parlamentinin üzvləri baş nazirlik postuna yeganə namizəd Paşiniyana səs vermədilər.
Üç həftə öncə İrəvanda start götürən müxalifətin aksiyaları baş nazir Serj Serkisiyanın istefa verməsinə səbəb oldu.
Serkisiyan 10 il müddətində Ermənistanda hakimiyyətdə idi.
Teqlər