İtaliyada sionist rejimin işğalçılığı əleyhinə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i307206-İtaliyada_sionist_rejimin_işğalçılığı_əleyhinə_aksiya_keçirilib
Minlərlə nəfər şənbə günü İtaliyanın paytaxtı Romada habelə, Milan şəhərində aksiyalar keçirərək, Fələstinə qarşı işğalçılığı qınayıblar. Bu etiraz aksiyaları İsrail rejiminin təsis edilməsinin ildönümü ərəfəsində baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2018 08:20 Asia/Baku
  • İtaliyada sionist rejimin işğalçılığı əleyhinə aksiya keçirilib

Minlərlə nəfər şənbə günü İtaliyanın paytaxtı Romada habelə, Milan şəhərində aksiyalar keçirərək, Fələstinə qarşı işğalçılığı qınayıblar. Bu etiraz aksiyaları İsrail rejiminin təsis edilməsinin ildönümü ərəfəsində baş tutub.

14 may 1948-ci il Fələstin torpaqlarının sionistlər tərəfindən işğal edilməsinin ildönümü günü olaraq təqvimdə "Fəlakət Günü" kimi qeyd olunur. Sionistlər həmin gündə Britaniyanın dəstəyi ilə Fələstin torpaqlarını işğal edərək, öz varlığını elan etmişdi. 

İRNA-nın məlumatına görə, aksiya iştirakçıları əllərində Fələstin bayrağını və üzərinə müxtəlif şüarlar yazılmış plakatlar daşıyaraq, Fələstinə azadlıq tələb ediblər.