Şimali koreya atom sınağı obyektini dağıtdı
Şimali Koreyanın Pungye-ri atom sınaq obyekti dağıdılıb.
YunHop İnformasiya Agentliyinin məlumatına görə, Şimali Koreya cümə axşamı günü xarici jurnalistlərin iştirak etdiyi tədbirdə bir neçə partlayışla Pungye-ri atom sınağı obyektini dağıdıb.
Məlumata görə, Şimali Hamqyunq vilayətində yerləşən Kilcodkı Pungye-ri obyekti Şimali Koreyanın nüvə proqramının ən önəmli obyektlərindən biri idi.
Şimali Koreyanın ilk nüvə obyektinin dağıdılması iki Koreya rəsmisinin sərhəd Panmuncom kəndindəki görüşünün ilk nəticəsidir. İki tərəf atom silahı olmayan Koreya yarımadasının yaradılması, dayandırılmış müharibə sazişinin sülh sazişinə çevrilməsi və bir-birlərinə qarşı hər hansı düşmənçiliyə son qoymaq üzrə razılığa gəldi.
Bundan öncə Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla gələn ay görüşündən öncə bu atom obyektinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarını açıqlamışdı.