Dünyada 25 milyon qul var
https://azeri.sahartv.ir/news/dünya-i309516-dünyada_25_milyon_qul_var
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi deyib: Dünyada 25 milyondan çox insan modern quldarlığın qurbanlıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 07:05 Asia/Baku
  • Dünyada 25 milyon qul var
    Dünyada 25 milyon qul var

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi deyib: Dünyada 25 milyondan çox insan modern quldarlığın qurbanlıdır.

İzvestiya qəzetinin məlumatına görə, ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mədinə Jarbusinova Rusiyada Sankt-Peterburq Beynəlxalq Forumunda deyib: Müxtəlif dəyərləndirmələrə əsasən, qulların təxminən 64% iş, 19%-i isə cinsi quldur. Müxtəlif formada olan quldarlığın qurbanlarının 71%-i qız və qadınlar, 29%-i isə kişi və oğlanlardır. Eyni zamanda artan təhlükə ilə qarşılaşan uşaqların sayı təxminən 5,5 milyondur.

Jarbusinova bildirib: İnsan alveri qlobal problemdir. Təəssüflər olsun ki, bu cinayət gizlidir, lakin geniş şəkildə təşkilatanmışdır, başqa cinayətlərlə müqayisədə daha çox gəlirlidir. 

ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi xatırladıb: Müxtəlif araşdırmalara əsasən, insan alveri hətta silah və narkotik maddələrin qaçaqçılığından da daha gəlirlidir. BMT 2014-cü ildə elan edib ki, insan alveri ilə bağlı illik gəlir 150 milyard dollara yaxın olub.