May 28, 2018 20:53 Asia/Baku
  • Avropada ABŞ-a etimadsızlıq dalğası genişlənir
    Avropada ABŞ-a etimadsızlıq dalğası genişlənir

Avropalı rəsmilərin ABŞ prezidenti Donald Trampın birtərəfli və ağılsız siyasətlərini tənqid etmələrinin davamında Avstriya kansleri Vaşinqtonu etimadedilməz adlandırıb.

Avstriya kansleri Sebastyan Kurts "Financional Times" ilə müsahibədə bildirib ki, Amerika daha etimadediləsi deyil və Avropa ölkələri daha artıq bir-birilərilə müttəfiq olmalıdırlar.

Bundan öncə də Almaniya kansleri Angela Merkel etiraf etmişdi ki, Almaniya və Avropa daha keçmişdəki kimi Amerika kimi bir şərikə etimad edə bilməzlər.

Belə bir halda, Pio araşdırma mərkəzinin son rəy sorğusu ondan xəbər verir ki, Avropa ölkələrinin əhalisi Donald Trampa etimad etmir. Bu rəy sorğusunun nəticələrinə əsasən, ispan respondentlərin 92, alman respondentlərin 87 və fransız respondentlərin 86 faizi Donald Trampa etimad etmir.

Teqlər