İtaliyanın yeni baş naziri Avropanın miqrasiya siyasətini qınayıb
İtaliyanın yeni baş naziri Avropanın miqrasiya siyasətinin məğlubiyyətə uğramış olduğunu deyib.
Associated Pressin verdiyi məlumata görə, İtaliyanın baş naziri Cozeppe Konte dünən siyasətləri barədə ilk nitqində deyib: İtaliyanın beş ulduz hərəkatı və sağçı Liqa Partiyasından ibarət koalissiya hökuməti bu ölkənin hazırkı durum ilə müqayisədə siyasətlərində əsaslı dəyişikliklər edəcək.
Konte Liqa Partiyasının əcnəbilərə qarşı şüarlarına görə nigaranlıqların artmasına cavab olaraq deyib: İtaliya irqçi deyil və miqrantlara qarşı öz məsuliyyəti ilə razılaşır. Ancaq Avropanın digər ölkələri də bu sahədə əlavə iştiraka malik olmalıdırlar.
İtaliyanın yeni baş nazirinin sözləri elə bir şəraitdə səsləndirilir ki, bu ölkənin yeni daxili işlər naziri Mateo Salvini deyib: Yeni hökumətin siyasəti qeyri-qanuni miqrantların bu ölkəyə gəlişinin məhdudlaşdırılması və onların ölkədən çıxarılmasından ibarətdir.
İtaliya senatı dünən baş nazir Cozeppe Konte və onun koalisiya hökumətinə etimad səsi verib.