Merkel: Avropa Amerikaya sövkənməməlidir
Almaniya Kansleri dünən ABŞ prezidenti Donald Trampın G7 qrupunun yekun bəyanatına dəstək verməməsinin məyusedici olduğunu bildirərək deyib: Avropa Amerikaya sövkənməməlidir.
İRNA-nın verdiyi məlumata görə, Angela Merkel ARD telekanalına verdiyi müsahibədə Avropanın özü öz taleyinə sahib çıxmalı olduğunu vurğulayaraq deyib: Avropa Birliyi Kanada kimi və beynəlxalq ticarət qanunları çərçivəsində Amerikanın tarifləri qarşısında qarşılıqlı təşəbbüslərə əl atacaq.
Kanada, Almaniya, Amerika, Fransa, İtaliya, Yaponiya və Britaniyadan ibarət G7 qrupuna üzv ölkələrin başçıları şənbə günü Kanadanın Kuebek vilayətində 8 bəndlik bir bəyanat qəbul edərək öz iclaslarına yekun vurdular.
Bəyanatdan öncə iclası tərk etmiş Donald Tramp tvitt ataraq Kanada baş naziri Castin Trodonun sözlərinə reaksiyada yekun bəyanata imzasını geri aldı.
Kanada baş naziri G7 qrupunun sammit iclasından sonra bir mətbuat konfransında ABŞ prezidentinə ədalətsiz tarifləri davam etdirəcəyi təqdirdə Kanadanın da dərhal əks tədbirlər görəcəyinə dair xəbərdarlıq etmiş olduğu deyib.
Trodonun bu təhdidi, Amerikanın polad və alüminium idxalatına ağır tariflər tətbiq etməsinə reaksiyadır.
Tramp Kanadanın baş nazirinin bu bəyanatının həqiqəti əks etdirmədiyini və səhv olduğunu bildirərək deyib: Trodo bu iclasda zəif və etimad edilməyən adam idi.
Tramp Kanadanın amerikalı şirkət, fəhlə və əkinçilərə ağır tariflər tətbiq etdiyini bildirərək deyib ki, o G7 qrupunda amerikan nümayəndələrə iclasın yekun bəyanatını təsdiq etməmələrinə dair göstəriş verib.
G7 qrupunun başçılaı yekun bəyanatda sərbəst ticarətin əksi olan himayəçiliyi pisləyiblər və bu siyasətə qarşı mübarizə aparacaqlarını bildiriblər.