İyun 20, 2018 13:11 Asia/Baku
  • Nikaraquada etiraz aksiyası
    Nikaraquada etiraz aksiyası

Nikaraqua müxalifətinin etiraz aksiyasında polis ilə qarşıdurma nəticəsində 6 nəfər ölüb.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Nikaraqua insan haqları mərkəzi bildirib ki, müxalifət Masaya şəhərinin mərkəzində polis binası qarşısında piket keçirərək polislə toqquşub. 

Bu məlumata görə, şiddətli toqquşmada hər iki tərəfdən 6 nəfər ölüb və 35 nəfər yaralanıb. 

Bu toqquşmalara baxmayaraq Nikaraqua prezidenti Daniel Orteqa və müxalifət cümə günü qarşıdurmalara son qoyulması küçələrdən beton blokların təmizlənilməsi və xarici müşahidəçilərə son iki ay ərzində baş verən zorakılıq halları barədə araşdırmalar aparmalarına imkan veirlməsi xüsusunda razılaşmışdılar.

Nikaraquada müxalifət təqaüd və pensiya qanununa dəyişiklik layihəsinə qarşı aperlin ortarlarından etiraz aksiyayarına başlayıb. 

Bu aksiyalarda prezidentə istefa çağırışı olub. 

Orteqa üçüncü prezidentlik dövrünü yaşayır və müxaliflər növbədən kənar prezident seçkilərinin keçirilməsini istəyirlər. 

Teqlər