İyun 20, 2018 18:11 Asia/Baku
  • Fransa: Avropa və Amerikanın müştərək dəyərləri yoxdur
    Fransa: Avropa və Amerikanın müştərək dəyərləri yoxdur

Fransa hökumətinin sözçüsü Donald Tramp hökuməti tərəfindən "sıfır dözüm" siyasətinin icrasına münasibət bildirərkən deyib: Avropa və Amerikanın heç şübhəsiz ki, ortaq dəyərləri yoxdur.

Vaşinqton Eqzemayner qəzetinin yazdığına görə, Bencamin Qriviu Fransanın ikinci telekanalına verdiyi açıqlamada Amerikada gedən hadisələri qınayıb və valideynlərindən ayırılan miqrant uşaqlarının görüntülərinin şok edici olduğunu deyib və bildirib: Avropa Amerika ilə ortaq demokratik cəmiyyət modeli və dəyərlərinə malik deyil. 

Qəzet yazır: Son günlərdə miqrant uşaqlarının ağılarla valideynlərindən ayrılmaları görüntülərinin yayılması ilə Tramp hökuməti ölkə daxilində və beynəlxalq səviyyədə ciddi reaksiyalarla üz-üzədir. 

Tramp dövlətinin miqrantlara qarşı sıfır dözüm siyasəti beynəlxalq reaksiyalardan əlavə ölkə daxilində də reaksiyalara səbəb olub, Oreqon ştatından demokrat senator Cef Merkli bu siyasətin insanlıqdan uzaq yaxud məntiqsiz siyasət olduğunu deyib.

Tramp ötən həftə demişdi ki, Amerikanın miqrant düşərgəsinə çevrilməsinə imkan verməyəcək və onlara qarşı hətta cinayət işi açacaq. 

 

Teqlər