İyun 22, 2018 13:54 Asia/Baku
  • Miqrant məsələsində Avropada gərginlik artıb
    Miqrant məsələsində Avropada gərginlik artıb

Fransa prezidenti radikal millətçilərin Avropa Birliyinə bəslədikləri münasibətləri tənqid atəşinə tutaraq bildirib: Fransa bütün miqrant və didərginləri qəbul etmək iqtidarında deyil.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Paris və Romanın miqrantların qəbul olunması üzrə ixtilaflarının artması ardınca, Fransa prezidenti Emmanuel Makron verdiyi açıqlamada Fransada sosial-rifah xərclərindən məlumatı olmadan bu ölkəyə etika dərsi vermək istəyənləri tənqid edib. 

Makron "Bəziləri sərhədləri bağlamağı edir və hətta miqrasiya prinsipinə arxa çeviriblər" deyərək Fransanın hamıya sığınacaq ola bilməyəcəyini söyləyib. 

İtaliya baş naziri Mateo Salvini ötən gün Fransa prezidentinin təhqiramiz sözlərini tənqid edərək deyib: İtaliya son illərdə qəbul etdiyi minlərlə didərgin və qaçqına sığınacaq verərsə əslində hamının xeyrinə addım atıb. 

Son həftələrdə miqrantların məsələləri haqda Fransa və İtaliyanın ixtilafı iki ölkə münasibətlərində gərginliklərə səbəb olub. 

İtaliya qeyri-qanuni miqrantları daşıyan gəmiləri qəbul etməkdən imtina edib və Fransa prezidenti də Romanı məsuliyyəti qəbul etməməkdə suçlayıb. 

Teqlər