AP miqrant böhranı barədə xəbərdarlıq edib
Avropa Parlamentinin sədri xəbərdarlıq edib ki, Miqrasiya böhranı Avropa Birliyinin birliyi və bütövlüyünü sarsıda bilər.
İRİB-in verdiyi məlumata görə, Avropa Parlamentinin sədri Antonio Tayani Avropa Birliyi başçılarının Brüsseldə keçirilən son sammitinə toxunaraq onun nəticələrinin məyusedici olduğunu deyib. O bildirib ki, hal-hazırda miqrasiya böhranı Avropanın ən birinci probleminə çevrilib.
Avropa Parlamentinin sədri təkidlə bildirib ki, Avropa özünün xarici sərhədlərini gücləndirməli və Liviya, eləcə də Afrika problemləri üçün strategiya hazırlamalıdır.
Tayani deyib: Avropa Türkiyədə miqrasiya problemi ilə mübarizə üçün büdcə ayrıldığı kimi, Liviyada da oxşar proqram həyata keçirməlidir.
Ötən cümə Avropa başçılarının miqrasiya probleminin həlli sahəsində razılığa gəlmələri barədə məlumatların yayılması ilə eyni zamanda Aralıq dənizi vasitəsi ilə İtaliyaya getmək istəyən 120 miqrant Romanın maneəçi tədbirləri ücbatından dənizdə boğuldu və sadəcə 16 nəfəri xilas edildi.