Fransanın maliyyə naziri: Avropa ABŞ-ın tarifləri artırması qarşısında birləşəcək
Fransanın maliyyə naziri bildirib: ABŞ ticarət tariflərini artırarsa, Avropa onun qarşısında birləşəcək.
Röytersin məlumatına görə, Fransanın maliyyə naziri Bruno Le Maire bazar günü deyib: ABŞ tarifləri yenə də artırarsa, Avropa onun qarşısında birləşəcək və qətiyyətli cavab verəcək.
Fransanın maliyyə naziri ticarət savaşının başlandığını və davam etdiyini bildirib.
Le Maire əlavə edib: Vaşinqton bu savaş çərçivəsində Fransa və Almaniya arasında boşluq yaratmağa cəhd edir. Lakin Berlin və Paris birliklərini qorumalıdırlar.
ABŞ prezidenti Donald Tramp 2018-ci ilin əvvəlindən bu ölkənin xarici ticarətində proteksionizm prosesini başladıb.
Tramp "Birinci Amerika" iqtisadi siyasəti çərçivəsində idxla olunan məhsullara tarifləri artırıb.
ABŞ hökuməti 1 iyundan Avropa Birliyi, Kanada və Meksikadan idxal olunan polad və alüminiuma müvafiq olaraq 25 və 10% rüsum tətbiq edib.
Bu ölkələr də ABŞ-ın bu hərəkətinə etiraz olaraq qarşılıqlı addımların atılması ilə bağlı qərarlar verərək Dünya Ticarət Təşkilatına şikayət ediblər.