Sionist rejimlə beynəlxalq mübarizə günbəgün genişlənir
Dünyanın 140-dan çox partiyası beynəlxalq sosializm şurasının iclasında sionist rejimin boykot edilməsinin lehinə səs veribdir.
Bu partiyalar sionist rejimin boykot edilməsini istəyərək, Fələstin xalqına qarşı irqçilik hərəkətləri və işğalçılığın başa çatmasınadək sionist rejimlə hərbi əməkdaşlıq və ticarətin tamamilə qadağan olunmasına şamil edilən cəzaların tətbiq edilməsini tələb ediblər.
Beynəlxalq sosializm şurası BMT-nin Cenevrədəki binasında keçirilən bu iclasda həmçinin qərara alıbdır ki, sionist rejimi boykot etməklə öz sərmayələrini işğal olunmuş ərazilərdən çıxarsın və bu rejimə qarşı cəzalar tətbiq etsin.
Beynəlxalq sosializm şurası dünyanın 140-dan çox partiyasına şamil olur. Bu partialar arasında müxtəlif ölkələrdə hakim partiya olan 35 partiya da vardır.
Fələstin Milli Komitəsi bu şuranın sionist rejimi boykot etməsinə görə minnətdarlıq edərək, bildiribdir ki, həmin şuranın sionist rejimə qarşı cəzaların təyin edilməsinə çağırması bu rejimin boykot edilməsi hərəkatı üçün tarixi bir nailiyyət sayılır.
Sionist rejimə qarşı yönəlmiş Ümumdünya Boykot, Təcrid və Sanksiyalar Hərəkatı-BDS, məzlum Fələstin xalqına dəstək verərək, bütün dünyada tanınmış beynəlxalq müəssisə, universitet və şirkətləri sionist rejimi və sionist işğalçılarla bağlı təşkilatları boykot etməyə təşviq edir.
Sionist rejimə qarşı yönəlmiş Ümumdünya Boykot, Təcrid və Sanksiyalar Hərəkatının fəaliyyət dairəsinin genişlənməsi və onun yaşıl qitədəki diqqətəlayiq uğuru bu günlər dünya medialarının diqqət mərkəzində qərar tapıbdır. Belə ki, İrlandiya parlamenti çərşənbə günü sionist rejim mallarının boykot edilməsi qanununun ilkin mətnini qəbul etməlidir.
Avropa Birliyinə üzv bir neçə ölkədə sionist rejim mallarının boykot edilməsi, həmçinin İrlandiya, Portuqaliya və Belçika kimi ölkələrin orqan və şirkətlərinin sionist rejimin boykot edilməsi üzrə hərəkətləri göstərir ki, Avropada sionist lobbilərin olmasına və Vaşinqtonun geniş dəstəklərinə rəğmən, dünyada və hətta Avropada bu cinayətkar rejimin imici kəskin şəkildə tənəzzül etməkdədir.