Rusiya və Avropa ABŞ-ın İran əleyhinə sanksiyalarına qarşı mübarizə sahəsində razılığa gəliblər
https://azeri.sahartv.ir/news/dünya-i317734-rusiya_və_avropa_abŞ_ın_İran_əleyhinə_sanksiyalarına_qarşı_mübarizə_sahəsində_razılığa_gəliblər
Rusiyanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi ABŞ-ın İran əleyhinə sanksiyalarının önlənilməsi barədə Avropa tərəfi ilə razılığın əldə olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2018 15:21 Asia/Baku
  • Rusiya və Avropa ABŞ-ın İran əleyhinə sanksiyalarına qarşı mübarizə sahəsində razılığa gəliblər

Rusiyanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi ABŞ-ın İran əleyhinə sanksiyalarının önlənilməsi barədə Avropa tərəfi ilə razılığın əldə olunmasından xəbər verib.

İnterfaks-ın verdiyi məlumata görə, Mixail Ulyanov çərşənbə axşamı deyib: Bu anlaşma ABŞ-ın birtərəfli sanksiyaları müqabilində şirkətlər və iş adamlarının iqtisadi fəaliyyətlərini himayə etmək məqsədi daşıyır.

İnterfaks Ulyanova istinadla bildirib: Ruslar və avropalılar bu xüsusda birgə tədbir planının hazırlanmasına dair razilığa gəliblər.