İyul 25, 2018 12:59 Asia/Baku
  • Tramp ABŞ və Avropa arasındakı gömrük taariflərinin ləğv edilməsini istədi

ABŞ prezidenti görünməmiş bir hərəkətdə Avropa ilə bütün gömrük taariflərinin ləğv edilməsini istəyib.

"Hill" informasiya portalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Avropa Komissiyası rəisinin Amerikaya olacaq səfəri ərəfəsində "Tvitt"erdə paylaşdığı yazıda ABŞ və Avropa Birliyi arasındakı bütün gömrük taariflərinin ləğv olunması və azad ticarətə doğru hərəkət edilməsini istəyib. 

Tramp həmçinin yazıb: Əgər Birləşmiş Ştatlar və Avropa Birliyi bütün gömrük taariflərini, subsidləri və maneələri ləğv edərlərsə, azad və ədalətli ticarət formalaşmış olacaq. 

Tramp bu "tvitt"i gömrük taarifləri ilə bağlı siyasətlərini təriflədiyi öncəki "tvitt"indən cəmi bir neçə saat sonra paylaşıb. 

Avropa ölkələrindən ABŞ-a idxal edilən polad və alüminium üçün 25 və 10 faizlik gömrük rüsumlarının təyin edilməsi ABŞ ilə AB arasında ticarət savaşına start vermişdi və Avropa Birliyi qarşılıqlı olaraq ABŞ məhsulları üçün yeni gömrük taarifləri təyin etmişdi. 

Teqlər