Avq 23, 2018 09:47 Asia/Baku
  • AB MTP-ni qorumaq üçün Suift bənzərini yaratmaq istəyir
    AB MTP-ni qorumaq üçün Suift bənzərini yaratmaq istəyir

Avropa rəsmisi Əhatəli Müştərək Təşəbbüs Proqramını qoruyub-saxlamaq istiqamətində İranla ticarət əlaqələri üçün suiftə bənzər bir şəbəkənin yaradılması mövzusunun araşdırılmasından xəbər verib.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, avropalı bir məlumatlı mənbə dünən gecə deyib: Avropa Birliyi Almaniyanın xarici işlər nazirinin ƏMTP-nin mühafizəsinə kömək üçün suiftə bənzər və Amerikadan müstəqil bir maliyyə ödəmə sisteminin yaradılması ideasını nəzərdən keçirir. 

Bu avropalı rəsmi Avropa Birliyi üzvlərinin bu barədə reaksiyaları xüsusunda deyib: ƏMTP-ni mühafizə etmək üçün tədbirlər toplusuna müxtəlif idealar da daxildir və son idea ƏMTP-yə zəmanət sahəsində önəmli rola malik ola bilər. 

Almaniyanın XİN başçısı Haiko Mas çərşənbə axşamı ABŞ-ın İrana qarşı sanksiyalarından uzaqlaşmaq üçün müstəqil bank və maliyyə mübadilə sisteminin yaradılmasını təklif edib. 

ABŞ prezidenti Donald Tramp mayın 8-də İrana qarşı əsassız ittihamlarla ölkəsinin nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaları bərpa etdiyini bildirdi. 

Bu sanksiyaların ilk mərhələsinə avqustun 7-dən başlanılıb. İkinci mərhələ isə bank sanksiyalarına şamil olaraq noyabrın 4-dən etibarən icra ediləcək. 

Teqlər