Harvard Universiteti irqçilikdə ittiham edilib
Amerikanın Harvard Universiteti asiyalı tələbələrə qarşı ayrı-seçkilikdə ittiham edilib .
AP-nin verdiyi məlumata görə, ABŞ-ın Masaçuset ştatında Harvard Universitetinə qarşı şikayətə baxan məhkəmə iclasında bildirilib ki, universitetin asiyalı tələbələri Asiyadan olmayan tələbələr və təhsil kadrı ilə müqayisədə daha az imtiyaz alırlar.
Bu məlumata görə, Harvarda qarşı şikayət işi ilə eyni zamanda bir qrup tələbə məhkəmə qarşısında aksiya keçirərək Harvard Universitetindən irq əsasında qərar qəbul etməyi dayandırmasını istəyiblər.
Amerikada tələbələrin ədalətli qəbulu adlanan qeyri-hökumət təşkilatının bildirdiyinə görə, Amerikada təhsil mərkəzləri şagird və tələbə gəbul edərkən onların hansı irqdən olduqlarına diqqət yetirir və onları mənsub olduqları irq əsasında seçir.
Hal-Hazırda Harvard Universitetinin tələbələrinin 23 faizini asiyalılar təşkil edirlər.