Noy 19, 2018 08:56 Asia/Baku
  • Rohincalı didərginlər gülləbaran edilib
    Rohincalı didərginlər gülləbaran edilib

Myanmalı hərbçilər Arakan əyalətindəki bir düşərgədə yaşayan rohincalı didərginləri gülləbaran ediblər.

20 myanmalı hərbçinin Arakan əyalətinin mərkəzi olan Situe şəhərinin şərqindən 15 kilometr aralıda yerləşən bir düşərgəyə qarşı dünənki hücumunda dörd rohincalı didərgin yaralanıb.

Hadisənin şahidi olmuş bir nəfər Röyters-ə deyib ki, yaralılardan iki nəfərin vəziyyəti ağırdır.

Myanma polisi bu atışmada məqsədin, insan alverində ittiham olunan iki nəfərin həbs edilməsi olduğunu bildirib və qeyd edib ki, düşərgənin sakinləri məmurları daşa basıblar, onlar da didərginlərə tərəf atəş açmağa məcbur olublar.

Belə bir halda, düşərgədəki  rohincalı didərginlər Myanma polisinin iddiasını rədd ediblər. Onlar deyiblər ki, hərbçilər heç bir dəlil olmadan camaata tərəf atəş açıblar.

2017-ci ilin 25 avqustundan etibarən, Myanma ordusu və ekstremist buddistlərin Arakan əyalətindəki rohincalı didərginlərə qarşı hücumlarında altı mindən çox rohincalı müsəlman ölüb, 8 min nəfər yaralanıb, bir milyon nəfərdən çox insan da didərgin olubdur.

Teqlər