Amerikanın Alabama ştatında polisə qarşı aksiya keçirilib
Noy 25, 2018 10:59 Asia/Baku
Amerikanın Alabama ştatının əhalisindən yüzlərlə nəfər polisin bir gənci öldürmək üzrə hərəkətinə etiraz olaraq aksiya keçirib.
Amerikanın Alabama ştatının Hoover şəhərinin polis məmurları cümə günü bu gənci bundan öncə bir satış mərkəzində atəş açaraq, iki nəfəri yaralamış silahlı şəxslə səhv salıblar.
Polis bu gənci öldürəndən sonra öncə elə zənn edib ki, satış mərkəzində atəş açan amili qətlə yetirib, lakin sonradan öz səhvini başa düşübdür.
Hər il Amerikanın müxtəlif nöqtələrində atəşaçma nəticəsində minlərlə nəfər ölür və ya yaralanır.