Dek 20, 2018 11:38 Asia/Baku
  • Amerika Gürcüstanı öz bioloji laboratoriyasına çeviribdir

Rusiya xarici işlər nazirinin müavini Amerikanın Gürcüstandakı bioloji fəaliyyətləri barədə nigarançılıq edibdir.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin dünən Sputnik xəbər agentliyi ilə müsahibədə bildirib ki, Moskva Amerikanın maliyyə himayəsi altında olan "Riçard Loqar" laboratoriyasının Gürcüstandakı fəaliyyətlərindən nigarandır.

Deyilənlərə görə, bu laboratoriyada biloloji silahlar sınaqdan keçirilir.

Rusiya xarici işlər nazirinin müavini əlavə edib: Moskva Tiflis və Vaşinqtondan Amerikanın maliyyə himayəsi altında olan laboratoriyanın Rusiya sərhədi yaxınlığında yerləşən Gürcüstandakı fəaliyyətlərinin real mahiyyətinə aydınlıq gətirmələrini gözləyir.

Bundan qabaq Rusiya müdafiə nazirliyinin bioloji, kimyəvi və radioaktiv müdafiə qüvvələrinin rəisi İqor Kirillov bildirmişdi ki, Amerikanın "Riçard Loqar" laboratoriyasında Gürcüstan vətəndaşlarının üzərində aparılmış sınaqlarda yetmiş üç nəfər həyatını itiribdir.

Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Georqadze də son zamanlar bildiribdir ki, bu ölkənin paytaxtı Tiflis şəhərinin yaxınlığında yerləşən Amerikanın "Riçard Loqar" laboratoriyasında bioloji silahların genişləndirilməsi barədə olan sənədlərə malikdir.

Teqlər