Brexit yenidən keçirilə bilər
İngiltərənin Avropa Birliyindən çıxmasının qanuni möhlətinə beş həftədən az bir vaxtın qaldığı bir halda, dövlətlə əsas müxalif partiyanın rəhbəri aşkar mövqedəyişmədə brexitin yenidən keçirilməsini himayə edibdir.
Ceremi Korbin deyib ki, leyboristlər partiyası brexitin yenidən keçirilməsini himayə istiqamətində bir layihə təqdim edərək, mühafizəkarların bu ölkəyə qəbul etdirdikləri faciəli və dağıdıcı çıxışın qarşısını alacaqdır.
İngiltərə parlamentində Avropa Birliyindən çıxmağın tərəfdarlarının ehtimal olunan çəkişmələrinə rəğmən, lk dəfədir ki, brexitin yenidən keçirilməsi məsələsi rəsmi şəkildə irəli sürülür.
İngiltərənin baş naziri dünən Şərmulşeyxdə ərəb və Avropa Birliyi başçıları iclasının kənarında əmin olduğunu bildirmişdi ki, brexitin qanuni möhlətindən öncə Avropa Birliyi ilə yeni razılığa gələcəkdir.
Bununla belə, əgər parlament üzvləri brexitin yenidən keçirilməsinə dəstək verərlərsə, brexitn taleyi tam şəkildə dəyişə bilər.