Londonda anti-Tramp aksiyasını yatırmaq üçün on min polis məmuru səfərbər edilib
https://azeri.sahartv.ir/news/dünya-i341742-londonda_anti_tramp_aksiyasını_yatırmaq_üçün_on_min_polis_məmuru_səfərbər_edilib
ABŞ prezidentinin Londona səfərinə etiraz edənləri yatırmaq üçün İngiltərənin on min nəfərdən çox polis məmuru səfərbər edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2019 13:28 Asia/Baku
  • Londonda anti-Tramp aksiyasını yatırmaq üçün on min polis məmuru səfərbər edilib
    Londonda anti-Tramp aksiyasını yatırmaq üçün on min polis məmuru səfərbər edilib

ABŞ prezidentinin Londona səfərinə etiraz edənləri yatırmaq üçün İngiltərənin on min nəfərdən çox polis məmuru səfərbər edilib.

Bu səfərbərlik etirazçılardan yüz minlərlə nəfərin ABŞ prezidentinin Londona səfərinə etiraz etmək üçün aksiya keçirəcəyini bildirməsindən sonra həyata keçirilibdir.

İngiltərənin informasiya mediaları ifşa ediblər ki, baş polis rəsmiləri Trampın səfərinin təhlükəsizlyini təmin etmək üçün 25 milyon funt-sterlinqdən çox pul ayırmaq niyyətindədirlər.

Bəzi medialar xəbər veriblər ki, Londonda 250 mindən çox etirazçı çərşənbə axşamı günü ABŞ prezidentinin Londona səfərinə qarşı etiraz aksiyasında iştirak etmək niyyətindədir.

Tramp ötən il də İngiltərəyə ilk rəsmi səfərində etirazçıların on minlərlə olan aksiyası ilə üzləşdi.